İqtisadi gündəm
Xarici borclar artır: Nə qədər risklidir? - TƏHLİL
“Azərbaycanın dövlət borcunun artması indiki məqamda dövlətimiz, vətəndaşlarımız üçün heç bir risk daşımır. Bunun üçün dövlət büdcəsində kifayət qədər resurslar nəzərdə tutulub. Bəzi ölkələrdə borclanma 65 faizlik həddi keçəndə təhlükəli hesab olunur. Cari ilin 22 iyul tarixli hökumət hesabatında göstərilir ki, ölkəmizdə xarici dövlət borcunun ümumdaxili məhsula (ÜDM) nisbəti 14,7 faizə düşüb”.
Bu sözləri Publika.az-a açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli hökumətin bu nisbətin 10 faizə qədər aşağı düşməsini priotitet məqsəd kimi qarşısına qoyduğunu diqqətə çatdırdı:
“Hazırda bu istiqamətdə müəyyən addımlar atılır. Xarici dövlət borcunun manatda artması əsasən daxili borclar hesabına baş verəcək. Gələn il daxili dövlət borcunun 3 milyard 841 milyon manatdan 5 milyard 064 milyon manata qədər artması gözlənilir”.
Ekspert onun da vurğuladı ki, bütün dövlət borclarının daxili borclar hesabına artması proqnozlaşdırılır:
“Valyuta bölgüsünə baxsaq, Azərbaycanın əsas borclanması dollarda, avroda, Çin yuanında və Yapon yenində deyil, manatın hesabına baş verəcək, yəni xalis məbləğ dəyişməyəcək. Hökumət dövlət borcunu xarici valyutada artırmamaq üçün ÜDM-un da artımını proqnozlaşdırır. Hazırda bu borcun ÜDM-da nisbəti 11,3 faizdir və gələn il bir qədər də azalacaq. Bu da dövlətin müəyyənləşdirdiyi borc strategiyasına uyğundur”.
Daxili borclanmanın artırılmasını məqsədəuyğun hesab edən ekspertin sözlərinə görə, artmanın əsas səbəbi dövlətin həyata keçirdiyi mühüm layihələrlə bağlıdır:
“Bu gün ölkədə böyük sərmayə qoyuluş, təhlükəsizliyin təmin olunması, eləcə də Qarabağın və Şərqi Zəngəzurun yenidən bərpa olunması ilə bağlı iri həcmli layihələr icra olunur. Bunların bəzisi borclanma hesabına həyata keçirilir. Əgər borclar olmasa, o zaman bu layihələr Dövlət Neft Fondunun valyuta ehtiyatları hesabına icra olunacaq”.
Qeyd edək ki, Azərbaycanın dövlət borcunun 2022-ci ilin sonunda 16 milyard 476 milyon manat, 2023-cü ilin sonunda isə 17 milyard 593.5 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Gələn il dövlət borcunun 1 milyard 117.5 milyon manat artacağı gözlənilir. Cari ilin yanvarın 1-nə qədər Azərbaycanın xarici və daxili dövlət borcu 16 milyard 899.1 milyon manat təşkil etmişdi. 2023-cü ildə dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərinin 1 milyard 5 milyon manat olacağı gözlənilir. Gələn il büdcədən 680,7 milyon manat faizlər ödəniləcəyi proqnozlaşdırılır.
Rövşən Ziya
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar