İqtisadi gündəm
Dollar yenidən BAHALAŞIR: Azərbaycana necə TƏSİR EDƏCƏK? - TƏHLİL
“ABŞ Federal Ehtiyatlar Sistemi (FED), eləcə də Böyük Britaniya, Kanada və digər aparıcı dövlətlərin mərkəzi bankları yeni seçim qarşısında qalaraq uçot dərəcəsini qaldırır, inflyasiyanı cilovlamaq üçün mübarizə aparır. Amma bu addımlar pis nəticələnəcək. Artıq dünyada baş verən qiymət artımı ciddi narazılıqlara səbəb olur”.
Bu barədə Publika.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, əslində belə mübarizə üsulu kreditləri bahalaşdırır:
“Bu üsul iqtisadi aktivliyi qəsdən zəiflədir və tələbi azaltmağa çalışır. Həm də dünya səviyyəsində işsizliyi artırır. Artıq dünyaya iqtisadi aktivliyin azalması və iqtisadi daralma ilə müşaiyət olunan yeni dalğa gəlir və bu, çox güman ki, bütün ölkələrə mənfi təsir göstərəcək. Adıçəkilən qurumlar inflyasiyanı əsas hədəf kimi götürdükləri üçün, ilk növbədə bunu azaltmağı düşünürlər. Bu səbəbdən faiz artımlarına gedilməsi zərurəti ortaya çıxıb”.

Dollar indeksinin xeyli vaxtdır yüksəlməyə başladığını söyləyən ekspertin sözlərinə görə, valyuta tarixinin maksimum həddinə yaxınlaşıb:
“Dünən avrodan baha qiymətə təklif edildi və 1 avro 0.98 dollara bərabər oldu. Bu, 2002-ci ildən sonra ən aşağı göstəricidir. Dolların bahalaşması ABŞ iqtisadiyyatına ciddi təsir edəcək, ixrac potensilanı azaldan əsas amillərdən biri olacaq”.
Ekspertə görə dolların qalxması əslində Azərbaycanın xeyrinədir:
“Çünki, neftimiz və qazımız dünyaya dollarla satılır. Hətta ixrac əməliyyatlarının 90 faizi bu valyuta ilə həyata keçirilir. Bu amil ölkəmizin maliyə sabitliyinə müsbət təsir göstərir. Amma Azərbaycan idxaldan asılı olduğu üçün, digər dövlətlərlə ticarət müqavilələri dollarla bağlanır. Buna görə ölkədə idxal inflyasiyasının artması gözlənilir. Yəni, dollar qiymətləri qalxdıqca ölkəyə gətirilən məhsullarda qiymət artımı müşahidə olunacaq. O vaxta qədər ki, dünyada inflyasiya indiki 8-10 faizdən ən azı 3-4 faizə düşsün. O halda daxildə qiymətlərdə müəyyən sabitlik yarana bilər. Hazırda ölkədə ümumi inflyasiya 13,8 faiz, ərzaq inflyasiyası isə 21 faiz səviyyəsindədir. Bunu hökumət də təsdiq edir. İndi devalvasiya olmasa da, manat sabit saxlanılsa da, manatın alıcılıq qabiliyyəti aşağı düşür, bu isə devalvasiya qədər təhlükəlidir. Amma təəssüf ki, hökumət bu amilə görə aşağı düşmənin qarşısını almaq istəmir. Hökumət bəlkə də düz edir, bununla belə, manatın alıcılıq qabiliyyətin düşməsi iqtisadiyyat, əhalinin sosial vəziyyətinə çox pis təsir edir”.
Rövşən Ziya
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






