İqtisadi gündəm
Bankda əmanəti olanların diqqətinə: Sabahdan...
Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Ancaq bu müddət sabah başa çatır.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.
O qeyd edib ki, bununla yanaşı “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı. Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə, o zaman sabahdan əmanətlərə vergi hesablanacaq:
“Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Doğrudur, bu, yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb. Doğrudur, bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabilliyinin xüsusi rolunu da qeyd etmək lazımdır”.
.jpg)
V.Bayramov hesab edir ki, vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər:
“Bu, milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artıb.
O baxımdan, daha məqsədə uyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”.
Akqabay
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman7 Oktyabr 11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya7 Oktyabr 11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?






.jpg)















.png)














