İqtisadi gündəm
Rusiya illər sonra bu sıraya düşdü
Rusiya 2014-cü ildən bəri ilk dəfə olaraq dünyanın ən böyük iqtisadiyyatlarının 10-luğunda yer alıb.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən ilin yekunlarına görə, Rusiya Federasiyası ümumilikdə 2,3 trilyon dollarlıq məhsul istehsal edib və xidmətlər göstərib.
Dünya Bankının və milli statistika xidmətlərinin məlumatları əsasında aparılmış hesablamalara istinadən məlum olub ki, bununla da Rusiya siyahıda səkkizinci yeri tutub.
2014-cü ildə isə Rusiya bu siyahıda 9-cu olmuşdu. O vaxt ölkə iqtisadiyyatının həcmi 2,05 trilyon dollar idi.
2022-ci ildə ABŞ iqtisadiyyatı 25,46 trilyon dollar nominal ÜDM ilə ən böyük iqtisadiyyat olub. İkinci yeri Çin (17,94 trilyon), üçüncü yeri isə Yaponiya (4,17 trilyon) tutub. İlk beşliyə Almaniya və Hindistan da daxil olub.
Eyni zamanda Böyük Britaniya, Fransa, Kanada və İtaliya da ilk onluqda yer alıb.
Qeyd edək ki, Cənubi Koreya birdən-birə üç mövqe itirərək ilk 10-luqdan kənarda qalıb və hazırda 13-cü yerdədir.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi











.jpg)























