İqtisadi gündəm
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
Nazirlər Kabineti tərəfindən dəyişiklik edilən qaydalar əmək pensiyalarına əlçatanlığın artması məqsədi daşıyır. Qaydalarda əsas məqsəd ondan ibarətdir ki, əmək pensiyalarının təyin edilməsi və müraciət prosedurlarının sadələşdirilməsi və asanlanlaşdırılması mümkün olsun.
Publika.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, əmək pensiyasına müraciət zamanı bir sıra sənədlər tələb olunmayacaq.
"Bu, əslində, vətəndaşların pensiyaya əlatanalığının və müraciət imkanının genişləndirilməsinə şərait yaradır. Digər məqamlardan biri xüsusən pensiyalara əlavələrin hesablanması ilə bağlıdır. Nəzərə alsaq ki, yardımların pensiyaya əlavə edilməsi və indeksasiya olunması kimi mərhələnin ardıcılıığı müəyyənləşir, bu da pensiya məbləğlərinin artırılması baxımından vacibdir.
Yeni qaydalarda əlavələrin hesablanması pensiya məbləğlərinin iş stajlarına uyğun artırılması baxımından vacib addımdır", - deyə o əlavə edib.
Xatırladaq ki, Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Yeni dəyişikliklərlə:
• Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;
• Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;
• 01.07.2017-ci ilədək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;
• Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
• Pensiya minimum məbləğə çatdırılacaq,
• Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,
• Pensiya indeksləşdiriləcək.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video



























.png)


.jpg)



