İqtisadi gündəm
Pensiyaçılara, əlillərə, şagirdlərə güzəşt veriləcək? - Deputat açıqladı
Yeni tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün bir sıra güzəştlər nəzərdə tutulur.
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yeni tədris ilində vahid tələbə kartı ilə bağlı müxtəlif həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. endirimlərin təmin olunması yenilik olacaq.
Belə güzəşt başqa sosial təminatı az olan təbəqələrə, yəni məktəblilərə, pensiyaçılara, əlilliyi olan şəxslərə də verilə bilərmi?
Publika.az xəbər verir ki, "Cebhe.info"-ya açıqlama verən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa sosial cəhətdən təmin olunmamış bütün tələbələrə güzəştlərin tətbiq olunması vacib olduğunu bildirib:
"Çünki bundan çox əziyyət çəkirlər. Eyni zamanda, tələbələrin yerləşməsi, kirayə kimi problemləri var. Ona görə də kompleks şəkildə tələbələrin müəyyən çətinliklərini yüngülləşdirmək həm də dövlət orqanlarının borcudur. Bu istiqamətdə addımlar atılmalıdır ki, təhsilin keyfiyyətinə də müsbət təsir göstərsin. İnsanlar başqa problemlərlə məşğul olmaq yerinə, daha çox öz təhsili ilə məşğul ola bilərlər".
F. Mustafa qeyd edib ki, bu güzəştlər həm də digər aztəminatlı şəxslər üçün tətbiq edilməlidir:
"Bütün aztəminatlı insanlara bu güzəştlər tətbiq olunmalıdır. Çünki hər biri vətəndaşımızdır və hər birinin taleyi ilə maraqlanmalıyıq, maraqlı olmalıyıq ki, onlar sıxıntı içində yaşamasınlar".
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək






.jpg)





.jpg)












.jpg)








