İqtisadi gündəm
ABŞ üçün təhlükə: dünyada dollara alternativ tapıldı, hər kəs onu alır
Dünyada ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən idarə olunmayan, mahiyyətcə paralel maliyyə dolları sistemi yaranıb.
Publika.az xəbər verir ki, bu barədə maliyyə analitikləri məlumat yayıb.
İqtisadçı Sofiya Qlavina izah edib ki, söhbət ABŞ dollarına bağlanmış USDT stabilkoinin geniş şəkildə qəbulundan gedir, lakin FED-in onun buraxılışı üzərində heç bir nəzarəti yoxdur.
"Əslində, əsasən Amerika dollarını təkrarlayan, lakin eyni zamanda ABŞ hakimiyyətinin nəzarətinə tabe olmayan mərkəzləşdirilməmiş maliyyə sistemi mövcuddur. USDT beynəlxalq ticarətdə sanksiyalardan və məhdudiyyətlərdən yan keçmək üçün istifadə olunur", - "RİA Novosti" yazır.
Məlumata görə, bu kriptovalyuta həm də maliyyə əməliyyatlarının təhlükəsizliyini və anonimliyini təmin etmək üçün istifadə olunur. Xüsusilə dolayı məlumatlara əsasən, ən böyük metallurgiya holdinqləri Çin ilə ödənişlər üçün USDT istifadə edir.
Eyni zamanda, ekspertlərin izah etdiyi kimi, müəyyən anda ABŞ Federal Ehtiyat Sisteminin bu valyutaya nəzarət etməməsi bütün Amerika iqtisadiyyatı üçün təhlükəyə çevrilə bilər, çünki əslində o, artıq dollara alternativdir.
Akqabay
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu







.jpg)

























