İqtisadi gündəm
Avropada qazın qiyməti rekord həddə yüksəldi: Səbəb bəllidir
Londonun ICE birjasında qazın qiyməti min kubmetr üçün 500 dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Niderlandın TTF mərkəzi indeksinə görə yanacağın qiyməti 2023-cü ilin noyabrından bəri ilk dəfə olaraq 500 dollar həddini keçib. Dekabrda çatdırılma fyuçersləri maksimum olaraq min kubmetr üçün 500,5 dollara yüksəlib.
Jurnala müsahibə verən ekspertlərin fikrincə, Avropada havaların soyuması və istilik mövsümünün başlaması fonunda yanacağın qiyməti qalxır. Qiymət artımının qısamüddətli olacağı bildirilir.
"Əgər qiymətləri yüksəldən yeganə amil havadırsa, bugünkü qazancların çoxunun həftənin sonuna qədər itiriləcəyini gözləyirik", - deyə "Ritterbusch" analitikləri bildirib.
Avropada qaz anbarları 93,6 faiz doludur ki, bu da son beş ildəki orta göstəricidən yüksəkdir. Ekspertlər hesab edirlər ki, qiymətlərə külək stansiyalarından elektrik enerjisi istehsalının azalması da təsir edib ki, bu da yanacağa tələbatı artırıb.
Avropa İttifaqının (Aİ) Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin ilk səkkiz ayının nəticələrinə əsasən, Rusiya və Əlcəzair Aİ ölkələrinə qaz tədarükündəki payının artım tempinə görə lider olub. Yanvar-avqust aylarında Avropa qaz idxalının strukturunda Rusiya Federasiyasının payı 4,6 faiz bəndi artaraq 18,3 faiz təşkil edib. Öz növbəsində, hesabat dövründə Əlcəzairin göstəricisi 4,9 faiz bəndi artıb və 21,3 faizə çatıb.
Adəm Abbaslı
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO






.jpg)

























.jpg)



