MDB
Putin eskalasiyanı daha da artırmaq üçün bəhanələr axtarır - Zelenski
Krım körpüsünə hücumlardan əvvəl də Rusiya ordusu Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə 109 hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Ues Stritinq ilə görüşdə bildirib.
“Əvvəla, qeyd etmək lazımdır ki, hətta bizim cavabımızdan - yəni Krım körpüsünə zərbədən əvvəl də Putin Ukrayna körpülərinə 109 raket və PUA hücumu həyata keçirib. Bir dəfə deyil, iki dəfə deyil - raket və dronlardan istifadə etməklə 109 hücum həyata keçirilib”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiyanın hərəkətləri Prezident Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığını və eskalasiyanı daha da artırmaq üçün “bir-birinin ardınca” bəhanələr tapmaq istədiyini nümayiş etdirir.
Ukrayna Prezidenti vurğulayıb ki, videomateriallarda təsdiqləndiyi kimi, Krım körpüsündən Rusiyanın hərbi logistikası, o cümlədən tankların, artilleriya və digər hərbi texnikanın müvəqqəti işğal olunmuş Krıma daşınması üçün istifadə olunub.
-
Yaxın Şərq18:00İran daha bir ABŞ PUA-sını vurdu
-
İqtisadi gündəm17:45Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artdı
-
MDB16:49Qaçırılan 15 yaşlı qız tapıldı
-
Ekologiya16:31Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
-
Region16:15Sabah TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik - Paşinyan
-
Nida Xəbər 15:05To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
-
Nida Xəbər 15:01İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Elm və təhsil14:00Məleykə Abbaszadə onu vəzifədən azad etdi























.jpg)











.png)

