Təhlükəli virus Qazaxıstanı cənginə aldı - 3000 uşaq xəstəxanaya yerləşdirildi
Bizi izləyin

MDB

Təhlükəli virus Qazaxıstanı cənginə aldı - 3000 uşaq xəstəxanaya yerləşdirildi

Təhlükəli virus Qazaxıstanı cənginə aldı - 3000 uşaq xəstəxanaya yerləşdirildi

Qazaxıstanda “ölümcül virus”un yayılması səbəbindən Almatı şəhərinin 14 mindən çox sakini tibbi yardım üçün müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, təxminən 3 min uşaq xəstəxanaya yerləşdirilib. Virusa yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkirlər. Bəzi hallarda temperatur 40 dərəcəni ötür və onu salmaq mümkün olmur. Digər simptomlar arasında üşütmə, bədən ağrıları, boğaz ağrısı, şiddətli öskürək və baş ağrısı da var. Bəzi xəstələrdə qusma və ishal müşahidə olunur.

Valideynlər bildirirlər ki, dərman qəbulundan sonra uşaqların vəziyyəti bəzən yaxşılaşsa da, bu, cəmi bir neçə saat davam edir, daha sonra hərarət yenidən yüksəlir. Sosial şəbəkələrdə xəstəxanaların həddindən artıq dolu olduğunu əks etdirən videolar yayılır. Bəzi böyüklər uşaqları ilə birlikdə həkim qəbulunu gözləyərkən virusa yoluxduqlarını iddia edirlər.

“Bəzi valideynlər artıq bu virusu “əldən salan virus” adlandırıblar”, – deyə məlumatda bildirilir.

Yerli xəstəxanalarda əlavə çarpayılar hazırlanır. Bununla yanaşı, xəstələnənlər arasında Rusiya vətəndaşlarının olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.

Bu fonda Rospotrebnadzor Qazaxıstanın Səhiyyə Nazirliyindən ölkədəki epidemioloji vəziyyətlə bağlı məlumat istəyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm