İqtisadi gündəm
Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri
Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı ilin aprel ayında dərc olunmuş "World Economic Outlook" hesabatında qlobal iqtisadi artım proqnozunun 0,3 faiz bəndi aşağıya doğru revisiya edilməsi, eləcə də, neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozunun 2,6 faiz bəndi azaldılması dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risk amillərinin artdığını bir daha təsdiqləyir. Mövcud qlobal çağırışlar fonunda, enerji bazarlarında müşahidə olunan kəskin qiymət volatilliyi və geoiqtisadi gərginliklər beynəlxalq iqtisadi mühitə təsirsiz ötüşməyib.
Qlobal iqtisadi qeyri-müəyyənliklərin və enerji bazarlarında dalğalanmaların gücləndiyi şəraitdə Azərbaycan iqtisadiyyatında 2026-cı ilin birinci rübü ÜDM-də cüzi – 0,3 faiz azalma qeydə alınsa da, bu dinamika daha çox qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının 3,4 faiz azalması hesabına baş verib. Mövcud makroiqtisadi şərait fonunda, cari ilin I rübündə qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi davam etmiş, iqtisadi fəallığın əsasən daxili tələbin genişlənməsi, investisiya axınlarının sabitliyi, xidmət sektorunun dinamik inkişafı, sənayedə yüksək artım templəri hesabına formalaşdığı müşahidə olunub. Müvafiq dövr üzrə qeyri-neft-qaz sənayesində 7,0 faiz, informasiya və rabitə sektorunda 9,2 faiz, ticarət sahəsində isə 3,7 faiz artım qeydə alınıb. 2026-cı ilin ilk rübü ərzində adambaşına düşən gəlirlər 6,6% artıb. Bu dövr ərzində ümumi istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,6% artıb. Belə ki, pərakəndə ticarət dövriyyəsində 3,7%, ictimai iaşədə 5,2%, ödənişli xidmətlərdə 8,8% artım müşahidə olunub.
Tikinti sektorunda əlavə dəyərin 19,8 faiz azalması qeydə alınmışdır ki, bu da əsasən hər ilin birinci rübündə dövlət investisiyalarının planlı şəkildə mərhələli icrası, tikinti-quraşdırma işlərinin mövsümi xarakter daşıması və iri infrastruktur layihələri üzrə aktivliyin sonrakı dövrlərdə artması ilə bağlıdır. Bu konteksdə, Dövlət İnvestisiya Proqramı, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının uğurla icrası 2026-cı ilin növbəti rüblərində tikinti sektorunda fəallığın artmasına, investisiya axınlarının sürətlənməsinə və əlavə dəyərin bərpa olunmasına mühüm töhfə verəcəkdir.
Bundan əlavə, nəqliyyat və turizm kimi sektorlarda müşahidə olunan müvəqqəti zəifləmə daha çox qlobal xarici siyasətdə baş verən dəyişikliklər, geosiyasi amillər və beynəlxalq logistika sahəsində yaranan çətinliklərlə əlaqədardır. Bununla belə, yaxın dövrdə iri infrastruktur layihələrinin yenidən aktivləşdirilməsi və dövlət investisiyalarının artırılması bu sahələrdə canlanmanın təmin edilməsində əsas amillərdən biri kimi çıxış edəcək.
Həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq, əsas kapitala yönəldilən investisiyalar 14,9% artmış, neft-qaz sektorunda isə bu artım daha dinamik xarakter alaraq 44,6%-ə yüksəlib. Eyni zamanda, qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsi üzrə investisiyalarda 17,3% artımın qeydə alınması özəl sektorun iqtisadi fəallığının genişləndiyini əks etdirir.
Bununla yanaşı, 2026-cı ilin birinci rübündə qeyri-neft-qaz sektorunun ixracı 11,7% artmış, onun artım tempi ARDNF-nin qızıl idxalı istisna olmaqla idxalın artım tempini (1,2%) 10 dəfəyədək üstələmişdir.
Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub. Müvafiq dövr üzrə ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3% artıb. Həmçinin, aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.
Bu artım dinamikaları ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan islahatların və qeyri-neft sektorunun inkişafına yönəlik tədbirlərin real nəticələr verdiyini, iqtisadiyyatın xarici şoklara davamlılığını və daxili resurslar hesabına dayanıqlı inkişaf imkanlarını nümayiş etdirir.
Qeyd edək ki, 10 aprel tarixində keçirilmiş İqtisadi Şuranın iclasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və biznes mühitinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur. İclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup" tərəfindən hazırlanmış "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" sahələrində mövcud problemlər xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Bununla yanaşı, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya" tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafının dəstəklənməsi, rəqabətqabiliyyətliliyin artırılması və iqtisadi aktivliyin genişləndirilməsi məqsədilə sahibkarlar arasında idxal-ixrac əməliyyatları, maliyyə xidmətləri, vergi və turizm sahələrini əhatə edən sorğuların keçirilməsi dövlətin sistemli və çevik iqtisadi idarəetmə yanaşmasının bariz nümunəsi kimi çıxış edir. Bu istiqamətdə həyata keçirilən institusional islahatlar ölkənin biznes mühitinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etməklə yanaşı, şəffaflığın artırılması və özəl sektorun qərarvermə prosesində iştirak imkanlarının genişləndirilməsinə də zəmin yaradır. Bu baxımdan qeyd etmək lazımdır ki, Dünya Bankı "Business Ready-2025" (B-Ready, "Biznesə daxilolma") hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi göstəriciləri üzrə qiymətləndirib. Eyni zamanda, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı il üzrə Azərbaycanda iqtisadi artım proqnozlarının müvafiq olaraq 2,0 faiz və 2,2 faiz səviyyəsinə yüksəldilməsi ölkədə həyata keçirilən makroiqtisadi siyasətin dayanıqlılığını və struktur islahatların effektivliyini beynəlxalq səviyyədə təsdiqləyən mühüm göstərici kimi çıxış edir.
Bütün bu tədbirlər kompleks şəkildə ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, biznes mühitinin daha da təkmilləşdirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə münbit şərait yaradır. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanır ki, bu çərçivədə müəyyən olunacaq hədəflər iqtisadi artımın keyfiyyətcə yeni mərhələyə keçidinin təmin olunmasına xidmət edəcək.
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var






.jpg)












.png)




















