Artetadan dron qalmaqalına reaksiya: "Bizdə də oxşar hadisə oldu"
Bizi izləyin

İdman

Artetadan dron qalmaqalına reaksiya: "Bizdə də oxşar hadisə oldu"

Artetadan dron qalmaqalına reaksiya: "Bizdə də oxşar hadisə oldu"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Yunayted”in məşqi zamanı baş verən dron qalmaqalı ilə bağlı şərh verib.

Publika.az xəbər verir ki, daha əvvəl naməlum şəxslərin Maurisio Poçettinonun rəhbərliyi altında “Mançester Yunayted”in ilk məşqinin bir hissəsini dron vasitəsilə lentə aldığı və videonu “YouTube”da yayımladığı bildirilmişdi.

Arteta klubun rəsmi saytına deyib: “Vəziyyət, əlbəttə ki, çox həssasdır. Bizdə də oxşar bir vəziyyət baş verdi. Qlobal miqyasda baş verənlərə nəzər salsaq, həll yolu tapmağın asan olmadığı aydındır.

Texnologiya çox sürətlə inkişaf edir, müxtəlif sistemlərə nüfuz etmək imkanları da sürətlə artır. Biz bundan yaxşı xəbərdar olmalıyıq, amma hələlik konkret bir həll yolu təklif edə bilmərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm