Osimhen “qırmızı şeytanlar”a qoşulmağa hazırdır
Bizi izləyin

İdman

Osimhen “qırmızı şeytanlar”a qoşulmağa hazırdır

Osimhen “qırmızı şeytanlar”a qoşulmağa hazırdır

“Qalatasaray”ın mərkəz hücumçusu Viktor Osimhenin daha əvvəl “Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettinonun maraq dairəsinə düşdüyü bildirilirdi.

Publika.az xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, İstanbul klubunun lideri klubunu dəyişməyə hazırdır.

Mənbənin məlumatına görə, nigeriyalı oyunçu İngiltərə Premyer Liqasında bacarığını sınamağı arzulayır. Osimhen “Qalatasaray”da ildə təxminən 15,5 milyon avro olan maaşı saxlanılmaq şərtilə “qırmızı şeytanlar”a qoşulmağa hazırdır. Bu məbləğ hücumçuya uyğun olardı.

Həmçinin bildirilir ki, Türkiyə klubu hücumçunu 95-120 milyon avro dəyərində qiymətləndirir.

27 yaşlı Osimhen bu mövsüm bütün turnirlərdə 11 oyunda iştirak edib, 10 qol vurub və üç məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm