Türkiyənin axtardığı goranboylu qızdan xəbər var (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Türkiyənin axtardığı goranboylu qızdan xəbər var (YENİLƏNDİ)

O, Samirə adlı azərbaycanlı bir qızla Türkiyədə toy etməyə hazırlaşarkən bu qızın birdən-birə yoxa çıxdığını bildirir.

Türkiyədə nişanlısını toy günü aldadaraq 3 min dollarını və qızıl-ziynət əşyalarını götürərək qaçan azərbaycanlı qızla bağlı yeni məlumatlar ortaya çıxıb.

Samirə Namazova adlı qadının yaxınının azxeber.com-a verdiyi məlumata görə, qadın öncələr evil olub və onun bu evlilikdən 2 yaşlı bir qız övladı var. Məlumatda Samirənin Goranboyun Kəpənəkçi kəndindən olduğu qeyd olunub.

Onun nənəsinin subay qızları Türkiyə vətəndaşları ilə evləndirdiyi ancaq özünü dindar bir qadın kimi təqdim etdiyi bildirilib.

Bundan başqa Samirənin hazırda Kəpənəkçi kəndində ailəsinin yanında olduğu qeyd edilib.

***

Femida.az-a Türkiyədən çox böyük marağa səbəb olacaq müraciət daxil olub.

Müraciəti ünvanlayan şəxsin adı Səməd İlgündür. O, Samirə adlı azərbaycanlı bir qızla Türkiyədə toy etməyə hazırlaşarkən bu qızın birdən-birə yoxa çıxdığını bildirir.

Səməd deyir ki, Samirə gedərkən 3000 dollar pul, qızıl-ziynət əşyaları və gəlinlik paltarını da özü ilə aparıb:

"Dənizlinin Acıpayam Gümüş məhəlləsində yaşayıram. Türkiyədə toy mərasimində Samirə Namazova adlı qadınla tanış oldum. Qız Azərbaycanın Goranboy rayonundandır. Bir-birimizi sevdik. Nəhayət, bir müddət keçdikdən sonra evlənmək qərarına gəldik. Hər şeyi, hətta gəlinlik paltarını belə almışdım. Toya hazırlaşırdıq. Lakin toy günü Samirə birdən-birə yoxa çıxdı. Gedərkən 3 min dollar pul, aldığımız qızıl-ziynət əşyalarını və gəlinlik paltarını da özü ilə aparıb".

Səməd qızın tapılması üçün bizdən kömək istəyib:

"Xahiş edirəm, o qızı tapmaqda mənə köməklik göstərin. Bildiyimə görə, Azərbaycanda gözəllik salonu işlədir. Anasının adı Hicrandır. Nənəsi isə Türkiyədə yaşayır".

Samirə Namazovanın aşağıdakı fotolarını saytımıza Səməd İlgün göndərib:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm