Ana doğum zamanı öldü - BAKIDA
Bizi izləyin

Hadisə

Ana doğum zamanı öldü - BAKIDA

Ana doğum zamanı öldü - BAKIDA

Bakıda 7 saylı doğum evində ana ölümü baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.
"Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı doğum evinə daxil olub.Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb. Onun 3 kilo 300 q çəkidə oğlan uşağı dünyaya gəlib. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb, bütün lazımi reanimasiyon tədbirlər görülüb. Lakin Türanə Məmmədovada bioloji ölüm baş verib".

Məlumatda bildirilib ki, meyitin patoloji anatomik müayinəsi təşkil edilib. Nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm