Hadisə
Mingəçevirdə mal-qara üstündə dava - Qadının başında bel sapı sındırdılar
Mingəçevir şəhərində qonşular arasında 1 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.
Publika.az xəbər verir ki, şəhərin Niyazi küçəsində yaşayan 1957-ci il təvəllüdlü Abbasova Sitarə Həsən qızı mübahisə zəminində qonşusu Namiq adlı cavan oğlan tərəfindən döyülərək ağır xəsarət alıb.
Qadın qarşı tərəfin onun başında bel sapı qırdığını da iddia edib. Dava zamanı Namiqin 1961-ci il təvəllüdlü atası Cabbarov Zamin Şaxmalı oğlu isə həyəcandan infarkt keçirib. Xəsarət alan qadın və infarkt keçirən kişi təcili xəstəxanaya çatdırılıb. Hər iki şəxs həkim nəzarətinə götürülüb.
Bildirilir ki, münaqişə tərəflərdən hansınınsa mal-qarasının nəzarətsiz şəkildə qonşunun həyətinə girməsindən sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO










.jpg)





.jpg)






_(1).jpg)










