Hadisə
Balakəndə ağır yol qəzası: 1 ölü
Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib. Rayonun Püştətala kənd sakini, 1984-cü il təvəllüdlü Qurban Əli oğlu Alqayevin idarə etdiyi “Ford” markalı 99 DK 782 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə Balakən şəhər sakini, 1963-cü il təvəllüdlü Tofiq Əli oğlu Məcidovun idarə etdiyi BMW markalı 99 CG 855 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəzadan sonra yük maşının sürücüsü Qurban Alqayev xəsarət almasa da, BMW-nin sürücüsü Tofiq Məcidov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.
Tofiq Məcidovun sərnişini, Balakən rayonu Gərəkli kənd sakini, 1979-cu il təvəllüdlü Xalidə Qurban qızı Bodurova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən MRX-a aparılıb.
Balakən MRX-dan bildirlib ki, Xalidə Bodurova xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı















.jpg)


.jpg)














.jpg)

