Hadisə
Tuneldə mübahisə edən sürücülər qəzaya səbəb oldular - - FOTOLAR
Paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, qəza zamanı iki yük maşını toqquşub.
"99-CE-034" dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin 1973-cü il təvəllüdlü sürücüsü Abbasov Tərlan Əldilşad oğlu idarəetməni itirərək qarşıda hərəkət edən "Kamaz"ın qəfil əyləcdən istifadə etməsi nəticəsində, ona çırpılıb.
Nəticədə T.Abbasov sol ayağından sınıq xəsarətləri alıb. Kabinada sıxılıb qalmış yaralı ətrafdakıların köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində "Kamaz" markalı yük avtomobilindən yola qum dağılıb. Tuneldə qısamüddətli sıxlıq yaranıb.
Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi məlumata görə, "Kamaz"ın qəfil əyləcdən istifadə etməsinə səbəb onun qarşısında iki "VAZ-2107" markalı avtomobil sürücüsünün maşınları tunelin ortasında saxlayaraq mübahisə etmələri olub.
Fakt araşdırılır.
-
MDB12:26Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi
-
Magazin111:48Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO
-
Dünya11:12Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq
-
Region09:13Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili
-
Avropa09:00“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
-
Pul08:36Dollar, avro və yuan bahalaşacaq, rubl isə...
-
Sosial08:00Tramp İranı yeni sərt zərbələrlə hədələdi
-
İdman06:46Mbappe o davadan sonra bazanı qəhqəhə çəkərək tərk etdi - VİDEO




















.jpg)


















