Hadisə
Nazirlik bu rayonlarda yaşayan gəncləri işə dəvət edir
İyunun 8-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində sıra baxışı keçiriləcək.
DİN-dən Publika.az-a verilən məlumata görə, sıra baxışı Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant (103 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlıdır.
Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.
Kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.
Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək
-
Sosial14 May 22:36Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI





























.jpg)

