Hadisə
Diri-diri yandırılan ana və qızı Bakıya gətirilir - NAZİRLİKDƏN AÇIQLAMA
Səhiyyə Nazirliyi Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində baş verən hadisə zamanı xəsarət alanları nəzarətə götürüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər. Qaynananın bədənini 50%, qızının bədənin isə 70%-nin yandığı bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə əlavə mütəxəssislər dəvət edilib.
Səhiyyə Nazirliyi yaralıların müalicəsini nəzarətə götürüb.
Qeyd edək ki, kənd ərazisində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. Uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Onun anası və nənəsi kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

