Hadisə
"Bala Tofiq” ləqəbli leş əti satan şəxs ifşa edildi - - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Publika.az-a verilən məlumata görə, növbəti belə tədbiri AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda keçiriblər.
Daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.
Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı,ətin kəskin iyli olduğu məlum olub.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu








.jpg)

























.jpg)

