Hadisə
Nazirlik Elza Seyidcahanla bağlı araşdırmalara başladı
Fevralın 9-u parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən Əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.
Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.
“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.
Azad Azərbaycan televiziyasının jurnalisti Vüqar Kamiloğlu İnstaqram hesabından Elza Seyidcahanın hazırda Azərbaycan Tibb Universitetinin xəstəxanasında müalicə alması ilə bağlı fotolar paylaşıb və bildirib ki, müğənni təcili yardım vasitəsilə ağır vəziyyətdə Şabrandan Bakıya gətirilib.
“Elza xanımın vəziyyəti elə də yaxşı deyil. Qolları qalxmır, təzyiqi çox yuxarıdır”, - deyə Kamiloğlu bildirib.
Xatırladaq ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Video-görüntüdə onun xəsarət aldığı bildirilirdi.
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...






.jpg)





.jpg)


.jpg)



.jpg)


















