Hadisə
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs edildi - YENİLƏNDİ
"Kanal 21" yutub səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxəbər.az" saytının rəhbəri Zamiq Quliyev həbs edilib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, adıçəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərlə yanaşı, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıb. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib.
Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələbetmə cinayətində ittiham edilir. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
xxx
Kanal 21-in təsisçisi saxlanılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Kanal 21-in təsisçisi və baş direktoru Fərhad Quliyev saxlanılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Fərhad Quliyev, İlqar Əliyev və Rəhman Ələsgərov nəzarətə götürülüb.
Hazırda saxlanılmanın səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə rəsmi açıqlama verilməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi və əlavə detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq





































