Hadisə
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 574 qram narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
İdman20:12“Qarabağ”dan erkən qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK


































