Hadisə
İcra başçısı oğluna etdiyi toydan danışdı: İyulun 3-də... - FOTO
Bərdə rayon icra başçısı Vidadi İsayev karantin qaydalarını ciddi şəkildə pozaraq, oğluna toy etməsi barədə yayılan məlumata münasibət bildirib.
Axar.az xəbər verir ki, V.İsayev oğluna toy mərasimi qurmasını təkzib edərək, bunu kimlərinsə “xəstə təxəyyülünün məhsulu” adlandırıb.
Report-a açıqlamasında V.İsayev deyib ki, mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər VADQ-a gedərək, öz nikahlarını rəsmiləşdiriblər:
“Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər”.
Əslində V.İsayev dolayısı ilə oğluna toy mərasimi qurduğunu bu sözləri ilə təsdiqləyib, amma tarixin bir qədər geridə olduğunu vurğulamaqla – belə ki, 12 iyuldan Tovuz istiqamətində erməni təxribatı başlayıb və V.İsayev mərasimin bundan öncə olduğunu qabartmağa çalışmaqla, şəhidlərə hörmətsizlik ittihamlarından qurtulmağa çalışıb.
Ancaq maraqlı məqam odur ki, V.İsayev hətta “ailədaxili hansısa qonaqlıq təşkil edilmədiyini” vurğulayarkən, redaksiyamıza təqdim edilən fotolara da aydınlıq gətirməlidir.
Əvvəla, fotodan göründüyü kimi, “ailədaxili mərasim” qurulub – bunu başçının Yevlaxda yerləşən villasının həyətində baş tutan mərasimdə çəkilən fotodan aydın görmək mümkündür. Masalar da bəzədilib və qonaqların qarşılanmasına hazırlıqların görüldüyü də fotoda əks olunur.
Digər tərəfdən, V.İsayev öz timsalında nümunə olmağı bacarmadığını da nümayiş etdirib. Çünki bir il əvvəl nişanlanan oğluna mərasimi ən azı bir neçə gün də ertələməklə, koronavirus pandemiyasında tədbir etməmək gərəkdiyini rayon əhalisini bildirmiş olardı. Əvəzində isə toy mərasimi ilə rayon əhalisində koronavirusla bağlı qadağanın “icra başçılarına aid olmadığı” haqda yanlış təsəvvürlərə yol açmazdı.
Toydan çəkilən fotoları redaksiyamıza təqdim edən yerli sakinlər də bu cür düşünür: Nazirlər Kabineti yanında Operativ Qərargah toy və yas mərasimlərini qadağan edirsə və bir icra başçısı bunu kobud surətdə pozursa, onun sözünü rayon əhalisinin eşitməyəcəyi və yaxud onun əməlinə görə sadə insanların qadağaya narazılıq edəcəyi təbiidir.
Xüsusilə qeyd etmək yerinə düşər ki, Yevlax rayonunda yoluxma halı kəskin artıb və hətta bəlli məhəllələr karantinə alınmışdı, giriş-çıxış bağlanmışdı. Ən azı, Yevlax şəhərində bu addımı atmaq həm də başçının ailə üzvləri üçün təhlükəlidir.
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...