Sosial
Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
Qubanın Kardaş kəndində şagirdlər hər gün qonşu kəndə məktəbə getmək üçün piyada kilometrlərlə yol gedirlər.
Publika.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, kəndlərində modul tipli məktəb fəaliyyət göstərsə də, burada təhsil dördüncü siniflə məhdudlaşır.
Övladları təhsillərini davam etdirmək üçün qonşu Pirvahid kəndində yerləşən orta məktəbə üz tuturlar. Təxminən 15-16 şagird hər gün 12 kilometr yol getməli olur.
Uşaqların valideynlərini narahat edən təkcə məsafə deyil, həm də yolun təhlükəli olmasıdır. Onlar bildirirlər ki, soyuq və yağışlı havalarda vəziyyət daha da çətinləşir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, Kardaş kənd ibtidai ümumtəhsil məktəbi yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərir. Şagirdlərin daşınması isə valideynlər tərəfindən təmin olunmalıdır.
İdarədən o da qeyd edilib ki, şagirdlərin daşınması imkanları ilə bağlı valideynlərin müraciətləri əsasında Regional Təhsil İdarəsində müvafiq dəyərləndirmələr aparılır.
Daha ətraflı “Xəzər TV” nin süjetində:
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq































