Hadisə
"Lotu Quli"nin qətlinə görə daha bir nəfər SAXLANILDI - - VİDEO
Xəbər verdiyimiz kimi, azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifov Antalyadakı oteldə yemək yeyərkən yaxın dostu tərəfindən başından silahla vurularaq öldürülüb.
Publika.az xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən iki nəfər Antalya-Dənizli magistralında hərəkət edən polis qrupları tərəfindən saxlanılıb.
Şübhəlilər, 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov saxlanılaraq Dənizli şəhər Təhlükəsizlik İdarəsinə aparılıb.
Prosedur tamamlandıqdan sonra iki şübhəli də tibbi yoxlanış üçün zirehli maşınla Dənizli Dövlət Xəstəxanasına gətirilib. Xüsusi Əməliyyat qrupu başda olmaqla, Çevik Qüvvələr və xeyli sayda polis qrupu xəstəxanada geniş təhlükəsizlik tədbirləri görüb. Ardınca, şübhəlilər Antalyaya aparılıb.
Qeyd edək ki, Nadir Səlifov Rusiya başda olmaqla MDB ölkələrində meyvə və tərəvəz idxal bazarına nəzarət edən “Lotu “Quli” mafiyasına rəhbərlik edib. Azərbaycanda həbsdən çıxdıqdan sonra 2018-ci ildə Türkiyəyə gələn N.Səlifov ölkədən deportasiya edilib. Ancaq sonradan yenidən Türkiyəyə gəlib.
Bu il fevralın 3-də İstanbulda müxtəlif cinayətlərdə iştirak edən və Rusiya ilə əlaqəli olduğu müəyyənləşdirilən cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib. Əməliyyatda 17 şübhəli saxlanılaraq nəzarətə alınıb. Şübhəlilərin Türkiyəyə N.Səlifova sui-qəsd hazırlamaq üçün gəldikləri məlum olub.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)

























.jpg)
.jpg)
