Hadisə
Bakıda karantini pozan masaj salonu aşkar edildi - FOTO
Bakıda xüsusi-karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən masaj salonu aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinə Xocalı prospekti 29 ünvanında yerləşən həmin obyektin fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları sözügedən ünvana gedib. Həmin ünvanda "Hamam Center" adı altında fəaliyyət göstərən iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub. Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 10 qadını və 1 nəfər obyektin sahibi Azər Ağayevi saxlayaraq polis şöbəsinə gətiriblər.
Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunuraq, hər biri cərimə ediliblər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
