Hadisə
Azərbaycanda GÜCLÜ YANĞIN: FHN havaya TƏYYARƏ QALDIRDI
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə nazirlikdən əlavə qüvvələr cəlb olunub.
Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.
Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...








.jpg)






.jpg)
















.jpg)
.jpg)

