Hadisə
Hirkan Milli Parkında yanğın lokallaşdırıldı - VİDEO - (YENİLƏNDİ)
Hirkan Milli Parkının Astara rayonu ərazisində - onun yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
"Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da artıq yanğının lokallaşdırılmasına nail olunub".
Nazirliyin rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
17:42
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu








.jpg)





.webp)














.jpg)
.jpg)


