Hadisə
Azərbaycana gizli yolla yarım milyonluq brilyant gətirməyə çalışdılar
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK-dan Publika.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.
Təkrar baxış zamanı çamadanda olan “Nesquik” və “İntense” kakao qutuları, “Baby Wipes” nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilyant qaşlar aşkara çıxarılıb.
Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya elektron qaydada bəyan olunmayıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 3 901,60 karat (780,32 qram), orta qiyməti, təxminən, 485 min manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi











.jpg)























.jpg)


