Hadisə
Bakıda 5 nəfərin öldüyü dəhşətli olayın TƏFƏRRÜATLARI ÜZƏ ÇIXDI - FOTOLAR
Bu gün Badamdar qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin səbəbi müəyyənləşib.
Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, ilkin baxış zamanı ikimərtəbəli evin kombi aparatından xaric olacaq qazın mənzilə dolduğu müəyyənləşib. Belə ki, kombi aparatının bayıra çıxmalı olan və tullantı qazı xaric edən başlığının yerindən çıxdığı və qazı mənzilə doldurduğu müəyyənləşib.
Hadisə barəsində isə ilk olaraq ev sahibi Rəşad Əliyev xəbər tutub. Övladlarının zənglərə cavab vermədiyini görən ata təmirdə olan mənzilə gəlib. O, 2 oğlu ilə yanaşı, onların digər 2 dostunun və ustanın cansız bədənini tapıb.
Qeyd edək ki, vəfat edən Əliyev qardaşları və meyiti tapılan usta əslən Beyləqan rayonundandır. Digər 2 qardaş isə Yasamal rayonunda yaşayıb və əslən Şəmkir rayonundandırlar.
Onların cənazələri bu gün ailələrinə təhvil veriləcək.
Nizam,
Foto: Pərviz Həşimi
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır











.jpg)




















