Hadisə
Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi
Gürcüstanda qanunsuz immiqrantlara qarşı aparılan müntəzəm yoxlamalar nəticəsində 59 əcnəbi həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həbs olunanlar arasında Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Azərbaycan, Çin və Türkiyə vətəndaşları var.
Yerli medianın məlumatına görə, qanunsuz immiqrantlar restoranlarda, mağazalarda, otellərdə və digər obyektlərdə aparılan miqrasiya yoxlamaları nəticəsində aşkar edilib.
Saxlanılanlar Miqrasiya İdarəsinin müvəqqəti yaşayış mərkəzinə köçürülüb və onların ölkədən deportasiyası prosedurlarına başlanılıb.
Təkcə bu ilin yanvar-sentyabr aylarında hakimiyyət orqanları yoxlamalar nəticəsində həbs edilən 3100-dən çox əcnəbini deportasiya edib. Onlardan ən çoxu Türkiyə vətəndaşı olub - 791 nəfər. İkinci yerdə Hindistan (306 nəfər), üçüncü yerdə Türkmənistan (274 nəfər) qərarlaşıb.
Onlardan sonra Rusiya (254 nəfər) və İran (180 nəfər) gəlir. (Axar.az)
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı















.jpg)


















