Hadisə
"Azərişıq" əməkdaşlarının öldüyü dəhşətli hadisə barədə YENİ XƏBƏR
2019-cu ilin 18 sentyabr tarixində Quba rayonunun Söhüb kəndi yaxınlığında "Azərişıq" ASC-nin şimal regional idarəsinin qəza xidmətinin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmovun ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ASC-yə məxsus UAZ markalı xidməti avtomobili dərəyə aşrmış 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə açılmış işlə bağlı kçeirilən prosesin yekununda onun 5 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisəsədə keçməsinə qərar verilib.
Qeyd edək ki, qəzaya uğrayanlar Sumqayıtdan Qubanın Söhüb kəndi ərazisindəki dağ kəndlərinə enerji verən paylayıcı stansiyaya baxış keçirmək üçün gəliblər. Qəza onlar geri qayıdarkən baş verib. Sürücünün diqqətsizliyi ASC-yə məxsus maşının dağdan 50 metr dərinlikli dərəyə yuvarlanmasına, 2 əməkdaşın ölümünə, sürücü ilə birlikdə daha 2 nəfərin xəsarət almasına səbəb olub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
