Hadisə
Azərbaycanda qayınana onu zorlayan kürəkəni ilə barışdı - ŞOK TƏFƏRRÜAT
2019-cu ilin iyul ayında Quba rayonunun Rustov kəndində 1984-cü il təvəllüdlü Emin Rəsulovun (şərti) qayınanasını zorlaması faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bəzi faktlar üzə çıxıb. Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə təqsirləndirilən Eminin hadisədən əvvəl spirtli içki qəbul etdiyi məlum olub.
İçkili kürəkənin ehtirası
Araşdırmalar zamanı məlum olub ki, Emin R. 2006-cı ildə ailə qurduğu həyat yoldaşını dəfələrlə döyüb, bəzi hallarda isə araya girən qayınanasına da əl qaldırıb. Buna görə də Eminin qayınanası Ramilə Sədiyeva ilə (şərti) münasibəti yaxşı olmayıb və onlar 2 il müddətinə küsülü olublar. 2019-cu ilin iyun ayında isə Eminlə qayınanası barışıb. İyul ayında isə Emin həyat yoldaşına telefon almaq istədiyini və bunun üçün onun anasının adına kredit götürməli olduqlarını deyib. Lakin qadın kürəkəninin istəyi ilə razılaşmayıb. Həmin gün, yəni 3 iyul 2019-cu il saat 14 radələrində Rustov kəndində işlədiyi kafeyə gəlib 2 bokal pivə içən Emin daha sonra su çəlləklərini götürərək içməli su aparmaq üçün qayınanasının evinə gedb.
Qudası qadının dediklərinə inanmadı
Evə gəldikdə qayınanasının mənzildə tək olduğunu görən şəxs onunla cinsi əlaqədə olmaq fikrinə düşüb. Bu məqsədlə o, qadını arxadan qucaqlayıb. Kürəkəninin niyyətini başa düşən qadın qaçaraq pəncərədən özünü həyətə atmaq istəyib. Lakin Emin Ramilənin pəncərədən özünü atmasına imkan verməyərək onu tutub və sürüyərək çarpayıya aparıb. Qadına fiziki şiddət göstərərk ona müxtəlif dərəcəli xəsarətlər yetirən şəxs onun müqavimətini zəiflədərək zorla cinsi əlaqədə olub. Daha sonra o, mənzili tərk edib.
R.S ifadəsində bildirib ki, hadisədən dərhal sonra Eminin atası – qudası Əlikişiyə (şərti) zəng edərək kürəkəninin ona sataşmasını - təcavüz etməsini bildirib. Lakin qudası qadının dediklərinə inanmayaraq məhəl qoymayıb. Bir neçə dəfə qızı ilə danışan qadın övladına onun həyat yoldaşı tərəfindən zorlanması barədə deməyə cəsarət etməyib. Hər dəfə təzyiqinin olmasını, ağrıdığını bildirib.
2 günlük tərəddüddən sonra qızına danışdı
Məhkəmədə ifadə verən zərərçəkmişin qızı da anasının ona söz demək istədiyini hiss etdiyini, onun sözlü adama oxşadığını, lakin 2 gün müddətinə heç nə demədiyini deyib. Nəhayət iyulun 5-də qadın qızını evinə çağıraraq Eminin törətdiyi əməl barəsində deyib və bədənindəki izləri göstərib. Bundan sonra onlar 102-yə zəng edərək hadisə barədə məlumat veriblər. Həyat yoldaşı Eminin niyə anasına təcavüz etdiyini soruşduqda isə o, "yaxşı eləmişəm, deyə, cavab verib. Bundan sonra qadın ekspertizadan keçirilib və cinsi təcavüzə məruz qalması təsdiqlənib. Həmçinin polis Emini saxlayıb, onun barəsində “ev dustaqlığı” həbs-qətimkan tədbiri seçilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs hərəkətindən peşman olduğunu, utandığını deyib. Qayınanası da artıq Emini bağışladığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirib.
Məhkəmə qərar verdi
Eyni zamanda məhkəmədə təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olması, yaşadığı yerdə müsbət xarakterizə olunmasını və qayınanasının onu bağışladığı bildirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda E.R barəsindəki “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalındaca həbs edilərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Muxtar
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş