Hadisə
Sabirabadda AİLƏ FACİƏSİ: Ana və iki övladı diri-diri YANARAQ ÖLDÜ
Sabirabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Zəngənə kəndində qeydə alınıb. Belə ki, kəndddə fərdi yaşayış evi alovlanmağa başlayıb. Hadisə zamanı evdə olan 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı və onun övladları, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu, 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Emin oğlu yanaraq ölüb.
Yanğın FHN-in Sabirabad Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.
Məlumata görə, hadisə baş verən zaman çiy kərpicdən tikilmiş fərdi yaşayış evi uçub, nəticədə ana və övladları altında qalıb. Yanğın zamanı hər üç şəxs yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO


































