Hadisə
Azərbaycanda 66 yaşlı kişi ilə subay qadın qaçdı - FOTO
Qazax rayonunda 66 yaşlı kişi, qonşu Ağstafada isə 48 yaşlı qadın eyni gündə itkin düşüb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 1955-ci il təvəllüdlü Nazim Quliyev və Ağstafa rayonunda yaşayan 1973-cü il təvəllüdlü Zabella Cəfərovanın axtarışları dörd aydır ki, davam edir. Məlumata görə, cütlük fevral ayından evdən çıxıb və bu günə kimi onlardan məlumat yoxdur.
N. Quliyevin yeni tanış olduğu qadını qaçıraraq birgə yaşadıqları bildirilir.
N.Quliyev evlidir və onun itkin düşməsi barədə övladları polisə məlumat verib. Z. Cəfərova isə ailə həyatı qurmayıb, anası ilə birgə yaşayıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, hər iki şəxs 2021-ci ilin fevral ayından bəri itkin kimi axtarışdadır: "Yaxınları polisə müraciət edərək onların itkin düşdüyünü bildirib. Həmin şəxslərin yerinin müəyyən edilərək tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir". (milli.az)
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)






.jpg)



















.jpg)


