Hadisə
İmişlidə fermada yanğın baş verdi
İmişli rayonunda fermada yanğın baş verib. Yanğın zamanı xəsarət alan və yaralanan olmasa da, ferma ərazisindəki tikili yararsız vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, yanğın hadisəsi iyulun 1-i saat 21 radələrində İmişli rayonunun Muradxanlı kəndində qeydə alınıb. Qasımov Vidadi Rüstəm oğluna məxsus fermada yerləşən tiklidə başlayan alov anidən güclənib. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürələrək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan tikilinin 18 kvadratmetri yanıb, qalan hissə və ətraf ərazilər alovdan xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...








.jpg)



.jpg)




















.jpg)
.jpg)

