Hadisə
SON DƏQİQƏ: Azərbaycanda hərbçilərin olduğu avtomobil aşdı: 15 nəfər xəsarət aldı
Göygöl rayonunda hərbçilər qəzaya düşüb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçilərini daşıyan avtomobil aşıb. İlkin məlumata görə, nəticədə 15 nəfər xəsarət alıb, 3-ü ağır vəziyyətdə hospitala aparılıb.
Daxili İşlər Nazirliyi Göygöldə hərbçilərimizin düşdüyü qəza ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, bu gün günorta saatlarında Göygöl rayonunun Aşıqlı kəndində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb.
Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.
E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
