Hadisə
Antalyaya istirahətə gedən azərbaycanlının başına oyun açdılar - FOTO
Türkiyənin Antalya bölgəsinin Serik rayonunun Belek qəsəbəsində istirahət edən azərbaycanlı Faik Hacılının çantası oğurlanıb.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, Azərbaycandan tətilə gedən F.Hacılı iyulun 16-da axşam saatlarında dostu Mehmet Ağıtçının iş yerinə gedib. O, içərisində 2500 TL pul, pasport və şəxsi əşyaları olan çantasını iş yerinin qarşısındakı saxlama kamerasına qoyaraq içəri keçib.
Bir neçə dəqiqə sonra çölə çıxanda çantasının yerində olmadığını görüb, panikaya düşüb. İş yerinin təhlükəsizlik kameralarının görüntülərini araşdıran Ağıtçı və Hacılı çantanı bir nəfərin oğurladığını görüb. Hacılı hadisə haqda polisə xəbər verib.
Polis kamera görüntüləri əsasında araşdırmalara başlayıb və şübhəlinin K.K. adlı otel işçisi olduğunu təsbit edib. O, saxlanılaraq həbs olunub. Əvvəllər də bir çox cinayətlərdə iştirak etdiyi müəyyən olunub. Mehmet Ağıtçı jurnalistlərə deyib ki, həmin şəxs pulları götürdükdən sonra çantanı içərisindəki sənədlərlə birlikdə dərəyə atıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
