Hadisə
Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.
DİN-dən Publika.az-a verilən məlumata görə, Polis Bölməsinin daxil olmuş əməliyyat məlumatı əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının stasionar postunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat zamanı Cəlilabad rayon sakini Adıgözəl Quliyev saxlanılıb. Onun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin solunundan 80 qram heroin aşkar olunaraq götürülüb. Adıgözəl Quliyev ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini və Bakı şəhərinə apardığını bildirib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…








.jpg)

























.jpg)
.jpg)

