Hadisə
Yarım milyondan çox vəsaiti ələ keçirən xəzinədarla bağlı YENİ XƏBƏR
“Rabitəbank” ASC-nin Lənkəran rayon filialında külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi üzrə istintaq tamamlanıb.
Lənkəran Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin ümumilikdə 595 min manat məbləğində “Rabitəbank” ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyərək talayıb və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.
Cəfər Sadıqzadə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
