Hadisə
"Yasamal" filialının müdirinə cinayət işi açıldı
“Nur Retail” MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin “Yasamal” filialının müdiri Ağafərid Ağayevin qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluqdan Publika.az-a bildirilib ki, aparılmış ibtidai istintaqla Ağafərid Ağayevin 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən müdiri olduğu müəssisənin büdcəsindən ümumilikdə 20 min 216 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Ağafərid Ağayevə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İş üzrə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)

























.jpg)
.jpg)
