Hadisə
Qubada xeyir-şər evində faciə - ÖLƏN VAR
2021-ci il mayın 23-də Quba şəhərində tikilən “xeyir-şər” evinin tikintisi zamanı bir nəfər şəxsin elektrik cərayanı vuraraq ölməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.
Quba Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Ərzuman Bayramovun əmək müqaviləsi bildirişinə əsasən «Şaving İnşaat» MMC-nin direktoru vəzifəsində işləyərkən Quba şəhərində “xeyir-şər” evində yəni tikinti-quraşdırma işlərinin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati və texniki tədbirlər görmədən, Vasif Sadıqovu müvafiq qaydada işə qəbul etməklə onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması işlərini aparmadan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozması səbəbindən tikinti işlərinə cəlb edilmiş Vasif Sadıqov elektrik cərayanı vurması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Ərzuman Bayramov Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO











.jpg)























.jpg)


