Hadisə
"OBA Market"in administratoru 10 min manatı necə mənimsədi?
“OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Yasamal raypn Prokurorluğundan Publika.az-a bildirilib ki, aparılmış ibtidai istintaqla Nicat Dadaşovun 02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən administratoru olduğu müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İş üzrə vurulmuş ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilib, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılıb.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.
-
İdman02:00Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
-
Qoroskop00:00Günün ULDUZ FALI - Qazanc üçn əla fürsət yaxalaya bilərsiniz
-
İdman16 İyul 23:00Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
Magazin116 İyul 22:12Ayanın İstanbuldakı evi - VİDEO
-
Hadisə16 İyul 21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial16 İyul 20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
Nəqliyyat16 İyul 20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial16 İyul 19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq




































