Hadisə
Azərbaycanda vəzifədə çalışmış qadına cinayət işi açıldı
Cəlilabad rayonu, Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Publika.az xəbər verir ki, araşdırmalarla bələdiyyənin sabiq sədri Aygün Məlikovanın öz qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin yanvar-dekabr ayları ərzində bələdiyyə mülkiyyətinə aid 62 hektar ərazisi olan torpaq sahəsini qanunsuz yolla ayrı-ayrı şəxslərin icarəsinə verməsi və dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 4070 manat vəsaiti şəxsi ehtiyaclarına xərcləməsi, bundan başqa, daha əvvəl həmin vəzifədə işləmiş Rasif Həsənov tərəfindən özünə 2240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində ümumilikdə 6310 manat məbləğində bələdiyyə büdcəsinə ziyan vurulmasına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)