Hadisə
Sürüşmə zonasında yeraltı suların səviyyəsi aşağı düşüb - Samir Vəliyev
"Badamdar sürüşmə sahəsində 2018-ci ildə başlamış sürüşməyə qarşı əks tədbirlər layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin nəzdində Yaponiya şirkətinin əməkdaşları ilə birlikdə dörd mərhələli layihə hazırlanıb. Layihəyə əsasən, ilk olaraq sürüşmənin əsas səbəbkarlarından olan yeraltı suların ərazidən kənarlaşdırılması üçün tədbirlər görülüb".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.
O bildirib ki, həmin tədbirlərdə dərinliyi 30 metr olan 3,5 metr diametrli dərin vertikal istiqamətində quyular qazılıb: "Həmin quyuların içərisindən isə uzunluğu 50-60 metr olan üfiqi istiqamətdə sugötürücülər quraşdırılıb. Hazırda bu işlər yekunlaşdırılıb. Aparılan müşahidələrə görə, yeraltı suların səviyyəsi 7-8 metr aşağı düşüb. Bu mərhələ yekunlaşdıqdan sonra isə digər mərhələlərdə Badamdar-20-ci sahə avtomobil yolunun sağ tərəfində dərinliyi 9 metr olan dəmir-beton konstruksiyalar üzərində istinad divarı inşa edilib. Bu işlər yekunlaşdırılıb, yolun bir hissəsi torpaq kütləsindən təmizlənib. İkinci mərhələ üzrə isə terraslarda dəmir-beton konstruksiyalar üzərində rosveklər quraşdırılmaqla bərkitmə işlərinə başlanılıb, birinci terras üzrə işlər yekunlaşıb. Hazırda ikinci terras üzrə dəmir-beton svayların vurulması işləri həyata keçirilir".
S.Vəliyev qeyd edib ki, bu mərhələlər başa çatdıqdan sonra yamacın yuxarı hissəsində ankerləmə işləri davam edəcək: "Bu da yamacbərkitmə işlərinə aiddir. Yəni burada 5-6 metr olmaqla ankerlər vurulacaq. Vurulduqdan sonra isə üzəri betonla hamarlanacaq. Bu mərhələlər qurtardıqdan sonra sürüşmə sahəsində infiltrasiya olunmuş digər ehtimal olunan suları kənarlaşdırmaq üçün qalereyalar quraşdırılacaq ki, bu da drenaj şəbəkəsidir və əlavə suları sahədən kənarlaşdırmaq üçün nəzərdə tutulur. Bu işlər yekunlaşdıqdan sonra isə yamacda abadlıq işləri həyata keçiriləcək və yamac tam formaya düşəcək, torpaq hamarlama işləri aparılacaq".
Akqabay
Foto: Ceyhun Rəhimov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
