Hadisə
Saxta COVID-19 pasportu əldə edən şəxslər elə iş başında tutuldu - - VİDEO
COVID-19 pasportunu saxta yollarla əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dəfələrlə edilən ciddi xəbərdarlıqlara baxmayaraq, hələ də COVID-19 pasportunu saxta yollarla əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslərə rast gəlinməkdədir.
Paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti belə tədbir nəticəsində müəyyən edilib ki, Lerik rayon sakini Eminəli Həşimov Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta Covid-19 pasportları satıb. Həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və 2 nəfər ailə üzü üçün 3 ədəd saxta Covid-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan özü ilə birlikdə Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunmuş saxta COVID-19 pasportu gətirib. Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrin şəkili, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



