Hadisə
Alim Qasımovun keçmiş kürəkəninin cəzası azaldıldı
Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə təqsirləndirilən keçmiş kürəkəni Elnur Mövlanov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən 1979-cu il təvəllüdlü Elnur Mövlanov aldığı cəzadan narazı qalıb. Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılıb və onun cəzası 8 ilə endirilib.
İttihama görə, Elnur Mövlanov qızılları oğurladıqdan sonra İsmayıllıya apararaq gizlədib.
E.Mövlanov qeyd edib ki, saxlanılan zaman üzərində olan 2600 dollar da götürüb.
Məhkəmədə o da məlum olub ki, Elnur Mövlanov daha əvvəl də məhkumluq həyatı yaşayıb və məhkumluğu ödənməyib.
Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur. ("Trend")
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)















.jpg)







.jpg)


