Hadisə
Sabiq sədr müavini 30 min manat mənimsəyib - RƏSMİ
Quba bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun məhkəməsi başlayır.
Bu barədə Publika.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Quba rayonu, Timiryazev bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Aparılmış istintaqla Timiryazev bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə ayrı-ayrı şəxslərə Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahələrini onların xüsusi mülkiyyətinə və icarəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 30 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, vəzifəli şəxslərə vermək adı ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Mahir Bayramov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilmişdir.
İstintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi təmin edilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)